Avstriya və Almaniya HƏMAS qruplaşmasının İsrailə hücumuna cavab olaraq, vəsaitlərin yanlış əllərə keçməməsi üçün fələstinlilərə on milyonlarla avro dəyərində yardımı dayandırdıqlarını bildiriblər.
Hər iki ölkə Fələstin əraziləri ilə əlaqələri nəzərdən keçirmək, bunu İsrail və beynəlxalq tərəfdaşlarla müzakirə etmək istədiklərini bəyan ediblər.
Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq ölkəsinin bir neçə layihə üçün təxminən 19 milyon avro məbləğində yardımı dayandırdığını bildirib.
Qeyd edək ki, Aİ-nin 2022-ci il büdcəsində Fələstin xalqı üçün nəzərdə tutulan ümumi yardım 296 milyon avro təşkil edib.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Fələstin ərazilərində təxminən 2,1 milyon insanın humanitar yardıma ehtiyacı var, onların arasında 1 milyonu uşaqdır.