Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran xanım oğlunun ildönümü ilə bağlı sosial şəbəkədə status paylaşıb.
RePost.Az xəbər verir ki, Ceyran Axundova statusunda oğlu üçün nə qədər darıxdığınlı qeyd edib: 
 
"Canım oğlum...ciyərparam mənim...1 il sənsiz...heç bilmədim bu 1 il necə gəldi...günləri sayırdım ki nə vaxt qurtarıb gələcəksən...vaxt keçmirdi heç o zaman...amma sənsiz bu 1 il elə tez gəldi ki...həyatım alt-üst oldu...paramparça oldum canım oğlum...dərdini ağırlıqdan daşımağa gücüm qalmayıb...acını acılıqdan uda bilmirəm....amma səni indi hamı sevir....sənə görə məni hamı tanıyır....bir zaman mən səni danlayanda mənə demişdin"...baxarsan vaxt gələcək sizi mənə görə tanıyacaqlar"...elə də oldu...can bala...özün elə bil taeyini əvvəldən bilirmişsən...Ruhun şad olsun, ...Məkanın cənnət olsun...CƏNNƏTDƏ GÖRÜŞƏNƏDƏK", - Ceyran xanım qeyd edib.
 
Ceyran Axundova həmçinin oğlunun hərbi hissədəki son anlarını əks etdirən vidonu da paylaşıb.
 
RePost.Az həmin videonu təqdim edir:
 
 

Baxış sayı: 4226 | Tarix: 03.04.2017
Bizi Telegramda izləyin: @repostaz