Azərbaycanda səfərdə olan türkiyəli bloqer Alper Rende yayımladığı videoda DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib.
 
O bildirib ki, DYP əməkdaşı Bakı şəhəri Neftçilər prospektində ondan 40 manat rüşvət alıb.
 
BAKU.WS-ə verilən məlumata görə, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-a açıqlamasında həmin iddiaların doğru olmadığını qeyd edib:
 
“Türkiyəli bloqer Alper Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə məbləği ödənilib”.
O əlavə edib ki, “Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib:
 
“Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir”.

Baxış sayı: 5556 | Tarix: 15.12.2023
Bizi Telegramda izləyin: @repostaz