ABŞ-ın “United Airlines” aviaşirkətinin təyyarəsində şirkət əməkdaşlarına yer çatmadığı üçün sərnişini güclə göyərtədən düşürüblər.
RePost.Az Oxu.Az-a istinadən ın xəbərinə görə, digər sərnişinlər hadisənin görüntülərini lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.
Çikaqodan Luisvilə uçmalı olan təyyarədə sərnişinlərin hamısına yer çatıb, lakin “United Airlines” daha dörd əməkdaşını təyyarəyə yerləşdirməyi qərara alıb.
İlk olaraq sərnişinlərə uçuşdan imtina üçün 400 dollar mükafat təklif edilib, lakin heç kim razılaşmayıb. Sonradan mükafat 800 dollara qədər qalxsa da, sərnişinlər yenə də imtina ediblər.
Heç kim təyyarəni tərk etmək istəmədiyindən, hava yolları şirkətinin nümayəndələri təsadüfi seçimlə təyyarəni tərk edəcək dörd sərnişini müəyyən ediblər. Nəticədə reys iki saat təxirə salınıb.
Aviaşirkət baş verənlərə görə sərnişindən üzr istəyib. “United Airlines” şirkətinin rəhbəri Oskar Munos bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd olunur ki, sərnişinə güc tətbiq edən mühafizəçilər artıq işlərindən azad ediliblər.