Digər Xəbərlər
İranda təxminən 200 nəfər mayda keçiriləcək prezident seçkilərində iştirak edə bilmək üçün qeydiyyatdan keçib.
“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, səhər saatlarına olan hesablamalara görə, 197 nəfər qeydiyyat üçün müraciət edib. Onlardan 189-u kişi, səkkizi qadındır. Ən yaşlı namizəd 82 yaşlı stomatoloqdur.
Ən böyük rezonans doğuran hadisə isə ölkənin ali dini liderinin etirazına baxmayaraq, İranın eks-prezidenti Mahmud Əhmədinejatın namizədliyini irəli sürməsi olub.
Qeyd edək ki, ölkə konstitusiyasına əsasən, yaşı 40-dan aşağı olmayan köklü İran vətəndaşı, islamın aktiv tərəfdarı prezident seçilə bilər.