İranın Şərqi Azərbaycan vilayətində güclü yağıntılar nəticəsində daşqın baş verib.


RePost.Az xəbər verir ki, sel nəticəsində 16 nəfər itkin düşüb, 35 nəfər isə həyatını itirib.

Məlumata görə, ölənlərdən 5-i Kirmanşah əyalətinin, qalanları isə Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərinin sakinidir.

Təbriz şəhərində də sel evlərə ziyan vurub.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.

Ölü və itkin sayının artacağı ehtimal olunur.


Baxış sayı: 5651 | Tarix: 15.04.2017
Bizi Telegramda izləyin: @repostaz