Qardaşı qızını qaçırdığı deyilən əmi danışdı: Arvadım məni... - VİDEO
Bir neçə gündür medianın gündəmindən düşməyən, qardaşı qızını qaçırdığı iddia edilən Həsən Səfərov bildirib ki, onun haqqında deyilənlərin hamısı yalandır. İstiPress xəbər verir ki, o, 6 il əvvəl Həmidə ilə ailə həyatı qurub.
Həsənin iddialarına görə, onların tanışlığı və evlənməyi qarşı tərəfin təkidi ilə bir göz qırpımında olub. Ailə həyatlarının ilk günlərindən həyat yoldaşı Həsənə, hətta fiziki güc tətbiq edib. Amma onlar birgə yaşamağa davam ediblər.
Evliliklərinin 3-cü ilində övladları olmadığına görə həkimə müraciət ediblər. Həkim bildirib ki, Həsən Səfərovun övladının olması mümkün deyil. Süni mayalanma ilə əkiz qız uşaqları dünyaya gəlib. Bundan sonra Həsənin ailə həyatı daha dözülməz olub. Özünün dediyinə görə, həyat yoldaşı onunla bərabər anasını da dəfələrlə döyüb. Bu davaların sonunda Həmidə xanım Beyləqana anasıgilə gedib. Sonradan onlar yenə barışıblar.
Həsən Səfərovun iddiasına görə, bu get-gəllər zamanı həyat yoldaşı ona müxtəlif şəxslərlə, hətta dostu ilə xəyanət edib. Ona görə də sonuncu övladının özündən olmasına inanmır və onu övladı kimi qəbul etmir.
Bu ilin mart ayında isə ailənin mübahisəsi Həsən Səfərovun evi tərk etməsi ilə nəticələnib. Həmidə Səfərova isə bu vaxt Həsəni öz qardaşı qızı ilə evdən qaçmaqda ittiham edib. Amma qarşı tərəf bunun yalan olduğunu, həmin gün yalnız qardaşı qızını qardaşı oğlu ilə birgə Bakıya yola saldığını deyir.
Həsən Səfərovu dinlədikdən sonra Həmidə xanımla telefon əlaqəsi saxlanılıb. Bu zaman Həmidə xanım həyat yoldaşının onun xəyanəti ilə bağlı iddialarının ağ yalan, böhtan olduğunu bildirdi. Bundan sonra hər iki tərəf telefonda bir-birinə qarşılıqlı ittihamlar irəli sürdülər. Sonda isə cütlük artıq bir-birinə tab gətirmədiklərini bildirərək boşanmaq istədiklərini dedilər.