İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi həbs olunub.
RePost.Az-ın məlumatına görə, bu barədə BMT rəsmisi Haissam Əbu Səid məlumat yayıb. Onun sözlərinə görə, Bağdadi Rusiya və Suriyanın birgə keçirdiyi kəşfiyyat əməliyyatı nəticəsində yaxalanıb.
Əbu Səid deyib ki, Bağdadi mühasirədə olan Mosulu aprelin 2-də tərk etməyə nail olub və Suriyaya keçib. BMT rəsmisi Bağdadinin yaxalanması əməliyyatının dəqiq detalları barədə məlumat verməyib. BMT-nin Avropa təhlükəsizliyi və informasiya departamentinin rəhbəri, italyan diplomat Luçano Konzorti də Bağdadinin yaxalandığı haqda informasiya aldıqlarını təsdiqləyib. Lakin hələlik Rusiya və Suriya rəsmi qaynaqları bu məlumata şərh vermir.
RePost.Az