Türkiyənin Kayseri şəhərində qız tanışını zorlayan şübhəliyə hökm oxunub.
Sosial şəbəkədə tanış olduğu qızla, bir neçə dəfə cinsi əlaqədə olduğu iddia edilən 19 yaşl Ərtoğrul Yanık 8 il 4 ay həbs cəzasına məhkum edilib.
Hadisə 2016-ci ildə Pınarbaşı mahalı, İsmetpaşa Prospekti, Evkur bloklarından birində baş verib. Facebook-da tanış olduğu 16 yaşlı İ.E.-ni evinə yola salarkən blokda heç kimin olmadığını görən Ərtoğrul Yanık onu zorlayıb. Bir həftə sonra da dostunun evinə apararaq cinsi əlaqədə olduğu iddia edilən Ərtoğrul Yanık məhkəmədə ifadəsi zamanı bunları deyib:
"E. ilə Facebook-dan tanış olduq. Dost kimi yanaqdan öpmüşəm. Qətiyyən onu zorlamamışam. Birlikdə çəkdirdiyimiz fotolar İ.E.-nin razılığı ilə olub. Azadlığımı istəyirəm".
Məhkəmənin qərarı ilə Ərtoğrul Yanık 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib./milli.az/