Evə gec gəldiyi üçün qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilən qızın fotoları ortaya çıxıb.
 

RePost.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan şəkil qətlə yetirilən Nigar Məsimovaya məxsusdur. 
 
Sözügedən ağır cinayət paytaxtın Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında baş verib. Bakı şəhər sakini 31 yaşlı Anar Məsimov qısqanclıq zəminində bacısı 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Nigar Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş.
 
İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isə bu iradlara məhəl qoymayıb. Ötən gün növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb. Bundan hiddətlənən Anar Məsimov mətbəx bıçağı ilə bacısını bir neçə zərbə vuraraq onu qətlə yetirib.
 
Hadisədən sonra evi tərk edən Anar Məsimov Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
 

Baxış sayı: 4283 | Tarix: 08.05.2017
Bizi Telegramda izləyin: @repostaz