Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən Greencard lotereyasının nəticələrini açıqlayıb.
RePost.Az xəbər verir ki, nəticələrə görə, bütün dünya üzrə Green card üçün müraciət edənlər arasında 50 min qalib olub və onlar artıq 2018-ci ildən etibarən Amerikada yaşamağa başlayacaqlar.
ABŞ-a köçüb yaşamaq və işləmək istəyənlər arasında Azərbaycan vətəndaşları da az deyil.
Son məlumatlara görə, bu dəfəki uduşda 224 Azərbaycan vətəndaşı greencard sahibi olub. Seyyah.az-ın məlumatına görə, xoşbəxt biletin sahibləri arasından 91-i qadın, 133-ü kişidir.
Greencard udanların böyük hissəsi 1980-1989-cu illərdə anadan olanlardır. Belələrinin sayı 106-dır. Sonrakı yeri 1990-cı illərdə anadan olanlar tutur – greencard udanlar arasında onların sayı 90 nəfərdir. 18 nəfər 1970-ci illərdə anadan olanlar, 8 nəfər 1960-cı illərdə, 2 nəfər isə 1950-ci illərdə doğulanlardır.
ABŞ-da yaşamaq icazəsini udanlar arasında ən gənc 3 nəfər 1998-ci ildə anadan olanlardır. Ən yaşlı greencard sahibi isə 1953-cü ildə anadan olmuş ölkə vətəndaşıdır.
Azərbayandan greencard udanların tam siyahısını təqdim edirik: