Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 130 vətəndaşının vətəndaşlıqdan çıxarılması ilə bağlı qərar verib.

RePost.Az
xəbər verir ki, bu barədə publika.az Türkiyə mediasına istinadən bildirib.

Məlumata görə, siyahıya daxil edilən şəxslərə ölkəyə qayıtması üçün 3 ay vaxt verilib.

Əks halda Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən, Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkilləri Faysal Sarıyıldız və Tuğba Hezerin də aralarında olduğu 130 nəfər vətəndaşlıqdan çıxarılacaq.


Baxış sayı: 4207 | Tarix: 05.06.2017
Bizi Telegramda izləyin: @repostaz