Ukraynanın paytaxtı Kiyevdə ABŞ səfirliyinin ərazisində partlayış baş verib.

Hadisə ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin "Terror aktı" maddəsi ilə cinayət işi açılıb.

Kiyev polisi bildirib ki, hadisə yerinə baxış zamanı naməlum şəxs tərəfindən diplomatik nümayəndəliyin ərazisinə partlayıcı qurğu atıldığı müəyyən edilib.

Gecə saatlarında baş vermiş partlayış nəticəsində xəsarət alan olmayıb. (trend)


Baxış sayı: 6829 | Tarix: 08.06.2017
Bizi Telegramda izləyin: @repostaz