ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun finalı yayımlanır.
 
RePost.Az xəbər verir ki, artıq şounun qalibi məlum olub. Bu barədə verilişin aparıcısı Murad Dadaşov məlumat verib. Verilişin finalı da hazırda iştirakçılarslız başlayıb və maşının ətrafında heç kim yoxdur. Aparıcının sözlərinə görə, əlini ilk maşından çəkən rəqqasə Oksana Rəsulova olub. O səhərə yaxın mübarizəni dayandıraraq verilişi tərk edib. 
 
Oksana Rəsulova 28, 29 saat maşının ətrafında dayandığını deyib. Amma ayaqlarlı şişib və ağrılara dayana bilməyib. Hazırda isə səhhətinin normal olduğunu söyləyib. 
 
Veilişdə bir neçə maraqlı məqmlar da olub. Murad Dadaşov iştirakçıların bir neçəsini finala dəvət edib. Hətta aralarında şou zamanı qalmaqal yaşanan Səidə ilə Pərvini də barışdırıb.  
 
Maşının qalibinin adı isə açılanmayıb. Murad Dadaşov qalibin adını sabah "Maşın" şounun final gecəsində açıqlayacağını bildiirb.
 
RePost.Az

Baxış sayı: 4283 | Tarix: 14.06.2017
Bizi Telegramda izləyin: @repostaz