Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində 11 yaşlı məktəbli Azan Məcid Cancuanı vəhşicəsinə zorlayandan sonra qətlə yetirmiş şəxs tutulub.
RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, o, məsciddə namaz qılarkən həbs olunub.
Atası pakistanlı, anası isə rusiyalı olan balaca Azanın qatili olan 34 yaşlı kişi burka geyinərək məscidə yollanıb. Azan həmin an məsciddə Quran kursunda idi. Azanı aldadaraq çölə çağıran həmin şəxs oğlanı məscidin yanındakı binanın damına çıxarıb. Burada Azanı döyərək zorlayan şəxs onu boğaraq qətlə yetirib.
Azanın cəsədi günlər sonra binanın damında tapılmışdı. Həmin şəxs Pakistandan olan miqrantdır.
Əbu-Dabi şəhər polis idarəsinin yetkilisi, general-mayor Məktum əl Şərifi deyib: “Tutulan şəxsi Azanın atası tanıyırmış. O Azanı aldadıb məsciddən çıxarmaq üçün burka geyinərək özünü qadın kimi qələmə verib”.
Azanın atası, 38 yaşlı Məcid Cancua deyib: “Oğlum oruc tuturdu. Məscidə də əsr namazı qılmağa, bir də Quran kursunda dərs almağa yollanmışdı. Binanın texnikləri sıradan çıxmış kondisioneri təmir etmək üçün dama qalxanda oğulumun cəsədini orada görüblər”.
Tutulan şəxsi edam cəzası gözləyir.
RePost.Az