Malaziya Kral Hava Qüvvələrinə məxsus təyyarə radardan itib.


RePost.Az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Channel News Asia” telekanalı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Kanalın məlumatına əsasən təyyarə yerli vaxtla 11.00-da (Bakı vaxtı ilə 07.00-da) Kuantan şəhərindəki bazadan havaya qalxıb. Yarım saatdan sonra isə Paxanq və Terenqqanu ştatlarının sərhəddində radarlardan itib.

Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.


Baxış sayı: 5822 | Tarix: 15.06.2017
Bizi Telegramda izləyin: @repostaz