Qusarda ananın 5 yaşlı qızını zəhərləyərək öldürməsinin bəzi təfərrüatları məlum olub.
 
RePost.Az xəbər verir ki, Qusar rayon Polis İdarəsinin növbətçi hissəsindən Oxu.Az-a verilən məlumata görə, saxlanılan Gülnarə Saypullayeva əvvəlcə qızını özü zəhərlədiyini inkar edib.
 
Daha sonra cinayəti etiraf edən ana, qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi usagı böyütməkdə çətinlik çəkdiyi üçün bu addımı atdığını etiraf edib.
 
Gülnarə Saypullayeva barəsində rayon prokurorluğunda CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 4492 | Tarix: 21.06.2017
Bizi Telegramda izləyin: @repostaz