"Xəzər TV"də yayımlanan "Oyan Azərbaycan" verilişinin aparıcısı Firuzə Cəlilovanın həmkarı Sima Çələbini döyməsi haqda xəbər yayılıb. 
 
RePost.Az xəbər verir ki, azxeber.com məsələ ilə bağlı Firuzə Cəlilova ilə əlaqə saxlayıb. O, yayılan xəbəri təkzib edib və deyib ki, heç kimi döyməyib: "O qız "Oyan Azərbaycan" verilişində cəmi iki dəfə aparıcı olub. Sonra efirə çıxmamaq qərarına gəldi. O zaman qardaşımla evli idi, aralarında heç bir problem yox idi. Aramızda əlbəyaxa söhbətinə gəldik də isə bu yalandır. Elə hal olmayıb. Bu, çox cılız şayiədir. "Xəzər tv" ailə kanalıdır. Nəinki mən, heç kim orada elə şey edə bilməz.
 
Firuzə qardaşının Simadan ayrılması haqda da danışıb. O deyib ki, bu, onların şəxsi işidir: "İş məhkəmədədir, boşanırlar. Boşanma səbəblərinə gəldikdə isə, o, artıq onların şəxsi istəyidir. Bu məsələyə heç kim qarışa bilməz. İki şüurlu insanın qəbul etdiyi qərardır. Allah hər ikisini ayrı-ayrılıqda xoşbəxt etsin".
 
Qeyd edək ki, aparıcı Sima Cələbi həmkarı Firuzə Cəlilovanın qardaşı Emillə 3 ay öncə evlənmişdi. Onların boşanması ilə bağlı xəbəri isə big.az saytı yayıb.
 
RePost.Az

Baxış sayı: 4587 | Tarix: 21.06.2017
Bizi Telegramda izləyin: @repostaz