Ukraynanın paytaxtı Kiyev şəhərində Salomensk rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı maşın partlayıb. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

RePost.Az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Kadrlardan göründüyü kimi, otomobil hərəkətdə olub və işıqfora çatana yaxın partlayıb. Partlayış nəticəsində ətrafa metal qırıntılar tökülüb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bir qədər sonra sürücünün Ukrayna Müdafiə Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapoval olduğu açıqlanıb. Hadisənin terror aktı olduğu güman edilir. Faktla bağlı araşdırma aparılır.

RePost.Az


Baxış sayı: 4625 | Tarix: 27.06.2017
Bizi Telegramda izləyin: @repostaz