Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkərlığı nəticəsində dünyasını dəyişib.

RePost.Az xəbər verir ki, bu haqda mərhum Turanə Məmmədovanın yaxınları məlumat verib.

Onların dediyinə görə, Turanə Məmmədova "Qara Qarayev"də yerləşən 7 saylı doğum evində dünyasını dəyişib.
 
Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun uşağı isə dünyaya gəlib. 
 
Xəstəxanadan məsələ ilə bağlı ətraflı məlumat veriləcəyini bildiriblər.
 
 


Baxış sayı: 4834 | Tarix: 05.07.2017
Bizi Telegramda izləyin: @repostaz