Baş nazirin müavini Abid Şərifov qolunu sındırıb.
 
RePost.Az Ölkə.Az-a istinadən xəbər verir ki, baş nazirin müavini bu gün Türkiyənin Azərbaycandakı səfirliyinə gedib.
 
O, dekabrın 10-də İstanbulda törədilmiş terror hücum ilə əlaqədar xatirə kitabına ürək sözlərini yazıb.
 
Tədbirdə iştirak edən jurnalistlər baş nazirin müavininin qolunun ciddi zədə aldığını müşahidə edib. Lakin A.Şərifov bununla bağlı heç bir açıqlama verməyib.
 
Əldə etdiyimiz məlumata görə, Abid Şərifov qolunu idman zalında sındırıb.
 
RePost.Az

Baxış sayı: 3713 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz