Goranboy rayonunun Xınalı kəndində ər arvadına ağır xəsarət yetirib.
 
RePost,Az ARB TV-yə istinadən xəbər verir ki, kənd sakini, 41 yaşlı Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, qeyri-rəsmi nikahda yaşadığı 37 yaşlı Samirə Nabiyevanı xəstəxanalıq edib. Qadının səhər saatlarında şəhid qardaşının adına olan bulaqdan su gətirdiyi zaman onu küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib.
 
Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.
 
Yaxınlarının sözlərinə görə, 3 övladı olan və qeyri-rəsmi nikahda yaşayan cütlük arasında tez-tez söhbətlər olurdu. Bu səbəbdən də 8 ay əvvəl qadın atası evinə köçüb.
 
“1 il olar ki, ayrıdırlar. Bacımı itin yerinə bağlayıb, dirək əvəzinə “setka”ya basdırıb. Onun başına hər oyun açıb”, – zərərçəkənin bacısı Pərvanə Nəbiyeva deyib.
 
Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.
 
Qeyd edək ki, ailənin 3 övladı var.
 
RePost,Az 


Baxış sayı: 5062 | Tarix: 10.08.2017
Bizi Telegramda izləyin: @repostaz