Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsindən RePost.Az-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin daxili orqanı-düz bağırsağından 2 ədəd bükümdə xalis çəkisi 11,05 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə xalis çəkisi 1,3 qram olan psixotrop maddə-metamfetamin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 4435 | Tarix: 18.08.2017
Bizi Telegramda izləyin: @repostaz