Soyuq günlərdə həm içinizi isidəcək, həm də günün yorğunluğunu şokolad dadı ilə sizə unutduracaq iki fərqli isti şokolad reseptini REPOST.AZ oxucuları üçün təqdim edir.
İsti şokolad
Tərkibi:
3 xörək qaşığı kakao
3 stəkan süd
170 qr doğranmış şokolad
3 xörək qaşığı şəkər tozu
¾ stəkan su
Üzəri üçün şanti krem və ya marshmallow (istəyə bağlı)
Hazırlanma qaydası:
İlk öncə ¾ stəkan suyu bir qazanda qaynadın. Kakao əlavə edin və yaxşıca qarışdırın. Daha sonra südü əlavə edin və qaynamasını gözləyin. Şokoladı və şəkər tozunu əlavə edin. Şokolad əriyib hamar və kremli konsistensiya alanadək 5 dəqiqə mikserlə çırpın.
Üzərinə marşmelov və ya kremşanti əlavə edərək xoş bir servis edə bilərsiniz.
İsti ağ şokolad
Tərkibi:
4 stəkan süd
1 stəkan damla şokolad və ya doğranılmış ağ şokolad
1 çay qaşığı vanil
bir çimdik duz
Hazırlanma qaydası:
İlk öncə orta boy bir qazana süd, ağ şokolad və duzu qoyun. Zəif odda şokolad əriyib qarışanadək qarışdırın. Qaynamamış oddan götürün və vanil əlavə edərək qarışdırın. İstəyə görə nanə siropu kimi fərqli ətirlərlə də ləzzətləndirə bilərsiniz.
İsti-isti servis edin.
Nuş olsun!
REPOST.AZ