Bugünki reseptimiz uşaqlığımızda yediyimiz, doğum günlərində, qonaqlar gələrkən, bir sözlə bütün xüsusi günlərin vazkeçilməzi olan mərmər  keksdir. RePost.Az ləzzətli və gözəl görünüşlü keksin reseptini oxucularına təqdim edir.
 
Tərkibi:
 
350 qr kərə yağı
3 stəkan un
1 paket qabartma tozu
1 çimdik duz
2,5 stəkan şəkər tozu
5 böyük yumurta
1 stəkan süd
1 paket vanil və ya ½ damcı vanil ekstraktı
 
Hazırlanma qaydası:
 
İlk öncə bir qabda kərə yağına (otaq temperaturunda yumşaldılmış) un və şəkər tozu əlavə edib mikserlə çırpın. Daha sonra yumurtaları bir-bir sındırıb əlavə edin və mikserin yüksək sürəti ilə çırpın. Sonra sırayla süd,un,qabartma tozu və duz əlavə eidb mikserlə qarışdırın. Hazırladığınız xəmirdən 2 stəkan ayırın.Və ayırdığınız kütləni ayrı bir qaba töküb üzərinə kakao əlavə edib çırpın. Keks qabını yağlayıb unlayın. 3 xörək qaşığı sadə xəmirdən tökün, daha sonra üstünə 2 xörək qaşığı kakaolu xəmirdən tökün. Xəmir bitənə qədər eyni şəkildə davam edin. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada təxminən 45-50 dəqiqə bişirin.
 
Nuş olsun!
 

Baxış sayı: 7399 | Tarix: 29.11.2016
Bizi Telegramda izləyin: @repostaz