Səhər yeməyinin olmazsa olmazlarından biri də mürəbbədir. RePost.az oxucularına qlükoza, fruktoza və ya çuğundur şəkəri olmadan tamamilə meyvənin öz şəkəri ilə hazırlanmış mürəbbə reseptini təqdim edir.
 
Ləzzətlə yeyəcəyiniz şəkərsiz mürəbbə
 
Tərkibi:
 
2 kilo çox sulu olmayan istədiyiniz hər hansı bir meyvə
1 stəkan alma suyu
Yarım stəkan doşab (bəkməz)
Yarım limon
 
Hazırlanma qaydası:
 
İlk öncə meyvələri yuyun,soyun və çəyirdəyi varsa çıxardın. Orta böyüklükdə bir qazana alma suyu tökün və rəngi tündləşənədək qaynadın.Tündləşdikdə doğradığınız meyvələri əlavə edin. Ocağın altını azaldın və meyvələrin alma suyla birlikdə bişirin.Üzərinə doşab(bəkməz) və dairəvi şəkildə kəsilmiş dilim limonu əlavə edin. Son olaraq tünd bir konsistensiyaya gələnə qədər zəif odda qaynadın. Marmelad konsistensiyasına gəldikdə ocağın altını bağlayın və şüşə bankalara doldurun.
 
Nuş olsun!
 

Baxış sayı: 32061 | Tarix: 09.12.2016
Bizi Telegramda izləyin: @repostaz