Rus mətbəxinə aid şuba salatını hərkəs sevir və əsasən bayram süfrələrində görmək olar. RePost.az oxucularına qat-qat tərəvəzlər sayəsində rəngarəng olan bu salatın reseptini təqdim edir..
Şuba salatı
Tərkibi:
300 qr qaynadılmış toyuğun döş əti
4 ədəd kartof
2 ədəd yerkökü
2 ədəd çuğundur
1 ədəd yumurta
300 qr mayonez
½ çay qaşığı duz
½ çay qaşığı istiot
Üzəri üçün:
1 budaq şüyüd
Hazırlanması:
İlk öncə tərəvəzləri qaynadın. Bir qabda toyuğun döş ətini də qaynadın və xırda-xırda didikləyin.Kartofu soyun və rəndələyin.Çuğunduru,yumurtanı ,yerkökü da rəndələyin. Salatı servis edəcəyiniz boşqaba iki qaşıq mayonez yaxın.Nazik bir qat rəndələnmiş kartof döşəyin.Ara qatlara duz ,istiot vurub mayonez yaxın.Çuğundur,duz,istiot və mayonez.Yumurta,yerkökü,toyuğun döş ətini də eyni qaydada duz,istiot vurub mayonezləyin,qat-qat döşəyin.Ən son qata çuğundur döşəyin və şüyüdlə bəzəyin.Soyuducuda 5 saat saxladıqdan sonra servis edin.
Nuş olsun!
RePOst.az