ABŞ Prezidenti Donald Trampın terrorla mübarizə məsləhətçisi Sebastian Qorka vəzifəsindən ayrılıb.
RePoST.Az xəbər verir ki, bəzi qaynaqlar Qorkanın istefa verməsini bildirsə də, Ağ Evdən verilən açıqlamada məsləhətçinin istefa vermədiyi, lakin vəzifəsində də olmadığı bildirilib. Bu iddia Qorkanın vəzifəsinə Ağ Ev tərəfindən son verildiyi ehtimalını ortaya çıxarıb.
S.Qorkanın vəzifəsini tərk etməsi, yaxud məcburi şəkildə imtina etməsi Donald Trampın Stiv Bannon ilə yollarının ayrılmasından sonra gözlənilən bir hadisə idi. Çünki S.Qorka ilə S.Bannon Trampın rəhbərlik etdiyi hökumətdə vəzifəyə keçməzdən öncə Amerikanın tanınmış bir media qurumunda birlikdə işləyiblər.
Qorkanın Ağ Evdən ayrılmasında bir neçə həftə öncə Ağ Ev Baş Qərargah müdirliyi vəzifəsində işə başlayan Con Kellinin də önəmli rol oynadığı bildirilib. Çünki məhz onun Ağ Evdə işləməyə başlamasından sonra Amerika hökumətində istefa dalğası baş qaldırmışdı. (publika.az)