Iraq Kürd Regional rəhbəriliyi, müstəqillik referendumu üçün kampaniya müddətini rəsmi şəkildə başladıb.
RePost.Az xəbər verir ki, İraq və Amerika hökümətinin tənqidlərinə rəğmən geri addım atmayan Ərbil rəhbəriliyi, bununlada mehrin 3-də referendum keçirməyə niyyətli olduğunu bir daha sübut edib. Referendum kampaniyalarının başladılması isə Ərbildə sevinclə qarşlanıb. İraqın baş naziri Heydər Əl Ibadi isə keçiriləcək referendumun İraqın anayasasına zidd olduğunu bildirib.
Şəhrivərin 13-də Bağdada səfər edən İranda mövcud rejimin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi də “Əl-Məyadin” telekanalına müsahibəsində İraq Kürdistanının müstəqilliyi ilə bağlı, mehrin 3-də keçirilməsi planlaşdırılan referendum pisləyib. Möhsün Rzayinin fikrincə, İraq parçalanarsa, müsəlman ölkələrin parçalanması üçün kənardan hazırlanan plan, növbəti mərhələdə Suriya və Türkiyəyə şamil ediləcək.
“İran İslam Cumhuriyyəti, İraqın parçalanmasına gətirib çıxaran hər hansı bir addımın kəskin əleyhinədir. Ümid edirik ki, İraq Kürdistanında müstəqillik referendumu keçirilməyəcək. BMT üzvü olan İraq, regional ittifaqların tanınmış və mühüm üzvlərindən biridir. Belə bir addımın atılması, həm İraq vətəndaşlarına, o cümlədən də bu ölkənin şimalında yaşayan kürdlərə böyük ziyan vuracaq, onların inkişafını, sülh və əmniyyətli şəraitdə yaşamasını təhdid edəcək”, - deyə Günaz TV Rzayidən sitat gətirib.
Rzayi qeyd edib ki, İraqın parçalanması eyni zamanda, bütün bölgədə sabitliyin geniş miqyasda pozulmasının başlanğıcı olacaq və bu savaş 20 ildən çox davam edəcək. Kürdistanın bir sıra rəhbərlərinin öz şəxsi mənafe və məqsədlərinə uyğun gündəmə gətirdiyi referendum məsələsi, təhlükəli bir oyundur. İraq Kürdistanının bir çox rəsmiləri də belə bir referendumun keçirilməsinə qarşı çıxıblar. Sadəcə olaraq bəzi kürd liderləri bu planı öz mənfəətlərinə uyğun aparır, onu gündəmə gətirirlər.
Analitiklər hesab edirlər ki, əslində İraqın parçalanmasından sonra növbə İrana çatacaq. Sadəcə olaraq İran rəsmiləri bunu dilə gətrməkdən ehtiyat edirlər. Ona görə də Suriya və Türkiyənin adını ahhalndırmaqla rəsmi Ankaranı bu referenduma əngəl olmağa təhrik etməyə çalışır.
RePost.Az