Bu gün Bakı şəhərinin Hövsan qəsəbəsində insan meyiti tapılıb.
 
RePost.Az Lent.az-a istinadən xəbər verir ki, qəsəbə ərazisindən keçən kanaldan bədəninin bir çox əzaları kəsilmiş meyit tapılıb.
 
Hadisə yerinə əməliyyat qrupu və hüquq-mühafizə orqanlarının digər nümayəndələri cəlb edilib. Öldürülən şəxsin kimliyi və əsas əlamətləri hələlik məlum deyil.
 
Araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 3941 | Tarix: 05.09.2017
Bizi Telegramda izləyin: @repostaz