Azərbaycanın işğal olunmuş ərazisində daha bir erməni əsgəri ölüb. 
 
RePost.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə sentyabrın 2-də Azərbaycanın işğal olunmuş Xocəvənd rayonunda yerləşən Ermənistan ordusunun bölmələrinin birində baş verib. Belə ki, yaralı hərbi qulluqçu Qvidov Petrosyan tibb məntəqəsinə aparılarkən yolda keçinib. Onun hansı şəritdə vurulması barədə məlumat açıqlanmır. 
 
RePost.Az

Baxış sayı: 4435 | Tarix: 05.09.2017
Bizi Telegramda izləyin: @repostaz