RePost.Az xəbər verir ki, iki lider arasında danışıqlar 1,5 saat davam edib. Görüşdə hər iki prezidentin Suriya münaqişəsi, İraqda keçirilən “referendum”, ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri barədə də fikir mübadiləsi aparıblar.