Digər Xəbərlər
16 yaşlı qız dünyaya gətirdiyi körpəsini evinin pəncərəsindən yerə atıb.
RePost.Az xəbər verir ki, hadisə Türkiyənin Uşak bölgəsində baş verib.
Evdə tək olarkən doğuş edən azyaşlı ailəsindən qorxduğu üçün uşağı tualetin pəncərəsində yerə atıb.
Həyətdə ağlama səslərini eşidən qonşular polisə xəbər verib. Hadisə yerinə gələn polis yeni doğulmuş körpəni divar dibində, ananı isə evdə qan içində tapıb.
Gənc ananın 18 yaşlı nişanlısından hamilə qaldığı bildirilib. Nişanlı cütlük polis tərəfindən nəzarətə götürülüb və haqlarında cinayət işi açılıb.