İraq hökuməti Kürdüstan muxtariyyətində qanunsuz keçirilən müstəqillik referendumu ilə bağlı yaxın vaxtlarda cavab tədbirlərinin görüləcəyini bəyan edib. Bununla belə Bağdad, güc ssenarisini istisna etmir.  
 
Baş nazir Heydər Əl İbadinin təmsilçisi bildirib ki. Bunun üçün rəsmi Bağdadın kifayət qədər siyasi, iqtisadi və ticari imkanlarımız var. Onun sözlərinə görə, İraq höküməti artıq yaxın günlərdə Türkiyə və İran ordularının da dəstəyi ilə Şimali İraq Kürdüstan Muxtariyyətinin nəzarətindəki 4 sərhəd keçid məntəqəsini geri almağa hazırlaşır. Hökumət məsələ ilə bağlı Türkiyə və İrana müraciət edib. Hazırda İraq xüsusi təyinatlıları Silopidə Habur sərhəd-keçid məntəqəsi yaxınlığında Türkiyə hərbçiləri ilə birgə hərbi təlim keçir. İraq xüsusi təyinatlılarının Habur sərhəd-keçid məntəqəsinə nəzarəti təmin etmək üçün keçirəcəyi əməliyyata  Türkiyə hərbçiləri də dəstək verəcək.
 
Bu gün İran da İraqın bu yöndə istəyinə müsbət cavab verib. Tehranda İraq Silahlı Qüvvələrinin komandanlarının toplantısı keçirilib. Toplantıdan sonra İraq Silahlı Qüvvələrinin sözçüsü general Cezairi bildirib ki, İraq hökumətinin müraciəti müzakirə edilib və İraq hərbçilərinin İraq-İran sərhədində yerləşən 3 sərhəd keçid məntəqəsində yerləşdirilməsinin həyata keçirilməsi üçün lazımi qərarlar qəbul edilib. Eyni zamanda yaxın günlərdə İran-İraq sərhədində birgə hərbi təlimlərə başlanacağı da açıqlanıb.
Türkiyə baş naziri Binali Yıldırım isə bildirib ki, İran və İraqla birgə bölgədə başladılan oyunları pozacağıq. Onun sözlərinə görə, Türkiyə bölgədə gücdür və o olmadan burada hər hansı planı reallaşdırmaq mümkün deyil. "Fərat qalxanı" əməliyyatında necə hərəkət etdiksə, eyni cavabı verməyə yenə hazırıq. İraqın Şimalında yalnızca kürdlər yaşamır-deyə Yıldırım vurğulayıb.
"Orada bir neçə millətin nümayəndəsi yaşayır. Onların nə düşündüyü soruşulmadan, inadla, ehtirasla bir siyasi qərar verilə bilməz. Şimali İraq Kürd Muxtariyyəti rəhbərliyi atəşlə oynamasın, sonra baş verəcəkləri düşünsün, həmin an məsuliyyət onların üzərində olacaq".
 
Türkiyə sərhədləri yaxınlığında xəritə dəyişikliyini ölkəsinin milli əmniyyət məsələsi olduğunu deyən Binəli Yıldırım tamaşaçı statusunda qalamayacaqlarını vurğulayıb. Türkiyə Prezindeti Rəcəb Tayyib Ərdoğan da  deyib ki, bu xaotik dönəmdə Şimali İraq Kürdüstan Muxtariyyətinin keçirdiyi referendum, müstəqillik iddiası başqa güclərin oyuncağı olmaqdan başqa bir anlam daşımır. “Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə dözə bilmərik. Buna mütləq cavab verərik. Şəxsi iddia və iqtidar mübarizəsi üzündən atılan bu yanlış addımdan dərhal geri dönülməsini gözləyirik.  Şimali İraq hakimiyyəti məyusluqla üzləşməyə məhkumdur. Əgər Şimali İraq hakimiyyəti bu yanlışdan dönərsə, Türkiyə bu qardaşlarının yanında  olmağa davam edəcək”-deyə Ərdoğan vurğulayıb.
 
RePost.Az

Baxış sayı: 4340 | Tarix: 02.10.2017
Bizi Telegramda izləyin: @repostaz