Rusiyanın Saratov vilayətində Ceyhun Cəfərov adlı azərbaycanlı biznesmen öldürülüb.
RePost.Az APA-ya istinadən xəbər verir ki, Ceyhun Cəfərov dünən axşam evinin yaxınlığında güllələnib. Naməlum şəxs ona odlu silahla üç dəfə atəş aşıb. 55 yaşlı biznesmen ürəyindən aldığı güllə yarasından hadisə yerində ölüb.
O, “Vozrozhdenie-KDM” tikinti şirkətinin rəhbəri olub.
Saratov vilayətinin Azərbaycan icmasının rəhbəri Vladimir Muradov bildirib ki, cinayət sifariş xarakterlidir.
Hadisə evin ətrafındakı müşahidə kameralarına düşüb. Hazırda faktla bağlı istintaq-araşdırma işləri aparılır.
RePost.Az