Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yas mərasimində dava düşüb. 
 
RePost.Az-ın məlumatına görə, ötən gün baş verən hadisənin səbəkarı bir dəstə “Vəhabi” dindar olub. Belə ki, onlar küçə qurulan yas mağarınn yolu bağladığını əsas gətirərək çadırı sökməyə cəhd ediblər. Hətta mərhumun ünvanına təhqiramiz ifadələr işlədərək ehsan verilməsinin doğru olmadığını deyiblər.
 
Nəticədə mərhumun yaxınları ilə vəhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhabiləri yas yerindən uzalaşdırıblar.
 
RePost.Az
 

Baxış sayı: 5233 | Tarix: 01.11.2017
Bizi Telegramda izləyin: @repostaz