30 yaşlı A.G sosial şəbəkədə tanış olduğu hərbçi tərəfindən zorlanaraq bakirəliyi pozulub. Bu barədə RePost.Az-a zərərçəkən A.G məlumat verib.
Onun sözlərinə görə, o, 28 yaşlı hərbçi ilə bu ilin avqust ayında tanış olub. Təxminən 10-15 gün soisial şəbəkədə ünsiyyət qurduqdan sonra oğlanla real həyatda görüşüb. Sentyabrın 18-də baş tutan bu görüşdə hərbçi O.Ə. A.G-nin etimadını qazana bilib. Bundna sonra cütlük bir neçə dəfə O.nun yaşadığı Sumqayıt şəhərində görüşüblər. Oktyabrın 9-da isə O. G-ni Sumqayıtda yaşadığı evə dəvət edib. G kirayədə birgə yaşadığı rəfiqəsi M. ilə Orxanın evinə gedib. Həmin müddətdə evdə Orxanın dostu da olub. Onlar dördlükdə çay işib söhbət ediblər.
Gecə isə G.nin rəfiqəsi Bakıya qayıtmalı olub. G. onunla qayıtmaq istəsə də. O. ondan təkidlə qalmasını xahiş edib. O.nu sındırmayan G. gecəni onunla qalıb. G.nin dediyinə görə, səhərə yaxın O. onun yatağına yaxınlaşaraq ona təcavüz edib. Onun iradəsindən kənar onunla cinsi əlaqədə olaraq bakirəliyini pozub. Özünə isə şirin vədlər verərək sakitləşdirib. Lakin G. Bakıya qayıtdıqdan sonra O. yoxa çıxıb. Telefonlarını söndürərək G.nin zənglərinə cavab verməyib. Aldadıldığını başa düşən G. oktyabrın 24-də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib. Oradan isə onu Sumqayıt şəhər 1 nömrəli polis idarəsinə yönləndiriblər. İdarədə toplanmış sübutlar Sumqayıt şəhər prokurorluğuna göndərilib.
Prokurorluğun göndərişi ilə Məhkəmə Tibbi Ekspertizasından keçən 30 yaşlı G.nin bir neçə həftə əvvəl bakirəliyinin pozulması təsdiq olunub. Bundan sonra O. üzə çıxır və G.-yə evlənəcəyini vəd edərək şikayətini geri götürməsini xahiş edib. Həmçinin G.ni inandırmaq üçün onu Sumqayıtda yaşadığı evə apararaq 3 gün orada saxlayıb. Və bu müddət ərzində onunla dəflərlə cinsi əlaqədə olub. O.ya inan G. şikayətini geri götürür və özünü hərbçiyə könüllü şəkildə təslim etməsi barədə izahat verir. Bu izahat əsasında da Sumqayıt şəhər prokurorluğu zorlamaya dair yetərli dəlil-subut olmadığlından O. barəsində cinayət işi qaldırmır və cinayət işinin başlanmasından imtina barədə qərar qəbul edir.
Bundan sonra O. yenidən G.ni Bakıda kirayə qaldığı evə göndərir və onunla bütün əlaqələrinə son qoyur. İkinci dəfə O. tərəfindən aldadıldığını başa düşən G. yenidən şikayətçidir.
Üstəlikdə bundan xəbər tutan G.nin ailəsi onadan imtina edir. Bu işlərə başı qarışan G. işini də itirir. Hazırda G. O.dan 4 həftəlik hamilə olduğunu deyir. Yeganə istəyi isə onu bu duruma salan O.nun cəzalandırılmasını tələb edir.
RePost.Az