Dağıstanın Azərbaycanla sərhədi yaxınlığındakı Məhərrəmkənd rayonunda atışma olub.
 
Repost.Az Rusiya KİV-lərinə istinadən xəıbər verir ki, atışma zamanı iki nəfər ölüb, altı nəfər yaralanıb. Atışmanın Dağıstanın yüksək vəzifəli məmurlarının övladları arasında baş veridiyi bildirilir. Ölənlərdən birinin deputat olduğu xəbər verilir.
 
REN TV telekanalının yaydığı məlumata görə, silahlı insidentdə iştirak edənlərdən biri şəhər məclisinin deputatı Rafiq Yarəliyev olub.
 
Repost.Az

Baxış sayı: 4036 | Tarix: 23.11.2017
Bizi Telegramda izləyin: @repostaz