Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.
RePost.Az “Repor”a istinadən xəbər verir ki, “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzaya düşənlərin Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olduğu bildirilir.
Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.
Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.
Faktla bağlı araşdırma aparılır.
RePost.Az