ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.
RePost.Az-ın məlumatına görə, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı çatdığını bildirib.
Eyni zamanda Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi üzrə hazırlıqlara başlamaq barədə göstəriş verib.
"Dövlət Departamentinə Amerika səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi üzrə hazırlıqlara başlamaq barədə göstəriş verirəm", — deyə Tramp bildirib.
RePost.Az