Türkiyə rəsmi Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə “Tvitter” səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.
 
“Biz ABŞ administrasiyasının Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair məsuliyyətsiz bəyanatlarını pisləyirik. Bu qərar beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir”,- deyə M.Çavuşoğlu qeyd edib.
 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mətbuat katibi İbrahim Kalın bəyanatla çıxış edərək, ABŞ-ın bu qərarını tanımadıqlarını bildirib.
 
Xatırladaq ki, bu gün Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və ABŞ-ın İsraildəki səfirliyinin həmin şəhərə köçürülmsi barədə əmr verdiyini bəyan edib.
 
RePost.Az
 

Baxış sayı: 5556 | Tarix: 06.12.2017
Bizi Telegramda izləyin: @repostaz