Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb. 

Daxili İşlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, Xətai rayonu Axundov küçəsində quraşdırılmış bankomat qaynaq aparatı ilə kəsilib. Aparatıb içindən 40 min manat oğurlanıb.

 

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Əhmədov tutulub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Baxış sayı: 5138 | Tarix: 07.12.2017
Bizi Telegramda izləyin: @repostaz