ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artıb.
 
RePost.Az xarici KİV-ə istinadən xəbər verir ki, sahildəki bir sıra qəsəbələrdə nümayişçilər Trampın Qüds qərarına etiraz olaraq Fələstin bayraqları və plakatlar qaldırıblar. Ramallahın mərkəzi meydanından hərəkətə keçən fələstinlilər küçələrdə ABŞ və İsrail əleyhinə şüarlar səsləndirirlər.
 
Tulkerm, Cənin, Kəlkiliyyə, Beyt Ləhm, əl-Xəlil, Əriha yaşayış məntəqələrində etirazçılarla İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.
 
Gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edən İsrail polisinə fələstinlilər daşlarla qarşılıq veriblər. 
 
Son məlumatlara görə, baş verən toqquşmalarda azı 25 nəfər xəsarət alıb.
 
Fələstin dövlətinin başçısı Mahmud Abbas isə xalqı Qüdsü və ölkənin işğal altında olan digər torpaqlarının geri qaytarılması uğrunda silahlı müqavimət göstərməyə çağırıb.
 
M.Abbas deyib ki, Trampın qərarının heç bir hüquqi əsası yoxdur: “Qüds ərəb-müsəlman və xristian şəhəridir. Qüds Fələstinin əbədi paytaxtıdır. Vaşinqton bu qərarı ilə beynəlxalq və ikitərəfli sülh prosesinin altını qazıyıb. Bu, ABŞ-ın sülh danışıqlarından çəkildiyi anlamına gəlir”.
 
RePost.Az

Baxış sayı: 4359 | Tarix: 07.12.2017
Bizi Telegramda izləyin: @repostaz