Digər Xəbərlər
İngiltərənin Böyük Britaniyanın Livandakı səfirliyinin diplomatı Rebekka Dykes Livanda avtomobil yolunun yaxınlığında ölü tapılıb.
RePost.Az xarici mediaya istinadən xəbər verir ki, polis açıqlamasında şənbə axşamı paytaxt Beyrutun şimal hissəsindəki yol kənarında br qadın cəsədinin tapıldığı haqda məlumat yayıb.
Açıqlamada ölüm səbəbinin və kimliyinin müəyyən edilməsi cəsədin ekspertizaya aparıldığı deyilib. Ekspertiza sonrası cəsədin İngiltərənin Livandakı səfirliyində çalışan 30 yaşlı Dykesə aid olduğu üzə çıxıb.
Olayla bağlı istintaqın davam etdiyi deyilir.
İngiltərə Xarici İşlər Nazirliyi də olayı təsdiq edərək livanlı səlahiyyətlərlə cinayət faktını birgə araşdırdıqlarını bildirib.