İranda qadın siyasi məhbuslara verilən işgəncələrlə bağlı şok görüntü yayılıb. Videoda aksiyalar zamanı həbs edilən qadınların butulka ilə zorlanması əks olunub. 
 
RePost.Az-ın məlumatına görə, hadisə 2009-cu il prezident seçkilərindən sonra baş verib. Belə ki, Mahmud Əhmədinejadın əsas rəqibi olan Yaşlllar Hərəkatının lideri Mirhüseyn Musəvi seçicilərin daha çox səsini toplayaraq qalib olur. Hətta onun televizya vasitəsilə xalqa müraciəti də yayımlanır. Lakin bir saat sonra Xamneyinin göstərişi ilə SEPAH səsiz çevriliş edərək Əhmədinejadı hakimiyyətə gətirir.
 
Buna etiraz edən Musəvi tərəfdarları etiraz aksiyalarına başlayırlar.  Etiraz aksiyaları zamanı həbs olunan şəxslər isə Tehran yaxınlığında SEPAH-a məxsus qeyri-rəsmi məşhur Kəhrizək zindanına salınır.  Orada onlara dəhşətli işgəncələr verilir. Aksiya iştirakçıları döyülür, istər qadınlar, istərsə də kişilər zorlanaraq videoyaya çəkilir. Hətta qadınların çoxnunun cinsiyyət orqanlarına butulka yeridilir. Məlumata görə, üç nəfər işgəncələrə dözməyərək həlak olub.
 
Maraqlıdır ki, həmin görüntüləri hazırda müxalifətdə olan eks-prezident Əhmədinejad yayıb. O, bu hadisələrdə İranın dini liderini və məhkəmə sistemini ittiham edir və bunlardan xəbərsiz olduğunu iddia edir.
 
RePost.Az həmin işgəncələri əks etdirən videonu təqdim edir. Ürəyi zəif olanlar və uşaqlar baxmasın: 
 
RePost.Az
 


Baxış sayı: 4207 | Tarix: 28.12.2017
Bizi Telegramda izləyin: @repostaz