Bundan sonra Şəriət qaydalarına uyğun geyinməyən qadınlar həbs edilməyəcəklər.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Tehran polisinin başçısı, general Hüseyn Rəhimi bildirib. Onun sölərinə görə, İslami geyim qaydalarına riayət etməyənlər saxlanma mərkəzlərinə göndərilməyəcək və onlar barəsində cinayət işi başlanmayacaq. Lakin onlar  polis idarələrində təşkil ediləcək mühazirələri dinləməyə məcbur ediləcəklər.
 
“Tasnim” agentliyinin məlumatına görə, mütəmadi olaraq geyim qaydalarını pozan qadınlar barəsində işlər məhkəməyə veriləcək.
 
Xatırladaq ki, qadınların ictimai yerlərdə geyim qaydaları İranda 1978-1979-cu illər inqilabından sonra tətbiq edilib.
 
RePost.Az

Baxış sayı: 4758 | Tarix: 28.12.2017
Bizi Telegramda izləyin: @repostaz