38 yaşlı kişi tibb bacısı paltarını geyinib, palatada yatan qadına təcavüz etmək istəyərkən saxlanılıb.
 
RePost.Az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə Romada yaşanıb. Belə ki, Somalidən gələn Əli Abdella adlı miqrant tibb bacısı geyimində 31 dekabr tarixində xəstəxanada doğuşa hazırlaşan qadının palatasına daxil olub. O, qadına yaxınlaşaraq, müayinə etmək adıyla ona qarşı zorakı hərəkətlər etməyə başlayıb. Qadının köməyinə həkim və tibb bacıları gəlib.
 
Kişi hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb. O, psixiatrik ekspertizaya göndərilib.
 
RePost.Az

Baxış sayı: 4511 | Tarix: 04.01.2018
Bizi Telegramda izləyin: @repostaz