Heydər Əliyev Beynəlxalq Aeroporunda saxtalaşdırılmış pasportlarla Böyük Britaniyaya getmək istəyən İran vətəndaşı olan qadın və azyaşlı övladı saxlanılıb.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən RePost.Az-a verilən məlumata görə, yanvarın 4-də həyata keçirilmiş tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroporunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniyaya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıb.
 
Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə AR-na gəlmiş İİR vətəndaşları 06.12.1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 21.03.2009-cu ul təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib. Qeyd olunan şəxslərin saxta pasportları İstanbul şəhərində tanışları olan Məhəmməd adlı İran İslam Respublikası vətəndaşından 15000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub.
 
Fakt üzrə cinayət işi başlanaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 4131 | Tarix: 09.01.2018
Bizi Telegramda izləyin: @repostaz