7 yaşlı transseksual: “Ata, mən özümü qız kimi hiss edirəm” – VİDEO
Azyaşlı transın fotoları ilk dəfə olaraq “National Geographic” jurnalının növbəti buraxılışında yayımlanacaq.
RePost.az xəbər verir ki, “National Geographic”in 2017-ci ilin yanvar ayı üçün buraxılacaq nömrəsində 9 yaşlı transeksual Kanzas sakini Everi Ceksonun fotoları yerləşdiriləcək.
Bu barədə Ceksonun valideynləri bildirib. Jurnalın növbəti buraxılışı üçün 80 transgenderdən müsahibə götürülüb.
Everi Cekson valideynlərinə 7 yaşında bildirib ki, o özünü qız kimi hiss edir. Valideynləri ona saçlarını rəngləməsinə və qız kimi geyinməsinə icazə verib. Cinsiyyət dəyişdirmə əməliyyatına isə Everi yalnız yetkinlik yaşına çatdıqdan sonra girə bilər.
Hazırda 9 yaşı olan Everini valideynləri qız kimi böyütməyə qərara verib.