Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.
RePost.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, "Zeytin budağı" əməliyyatının dördüncü günündə çavuş Mehmet Muratdağı Afrin yaxınlarında PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirisə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki. Türkiyə "Zeytin budağı" əməliyyatında 4 gündə 3 şəhid verib.
RePost.Az